Abe olimpiya oyunlarının təxirə düşməsi ehtimalından danışıb
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i359638-abe_olimpiya_oyunlarının_təxirə_düşməsi_ehtimalından_danışıb
Bundan öncə 2020-ci il yay olimpiya oyunlarının qabaqcadan təyin olunmuş proqram əsasında keçirilməsinə təkid edən Yaponiyanın baş naziri Şinzo Abe yeni və fərqli bir ifadədə bildirib ki, bu oyunların təxirə salınması imkanı var.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2020 17:51 Asia/Baku
  • Abe olimpiya oyunlarının təxirə düşməsi ehtimalından danışıb

Bundan öncə 2020-ci il yay olimpiya oyunlarının qabaqcadan təyin olunmuş proqram əsasında keçirilməsinə təkid edən Yaponiyanın baş naziri Şinzo Abe yeni və fərqli bir ifadədə bildirib ki, bu oyunların təxirə salınması imkanı var.

Abe bu gün deyib: Əgər bu oyunları tam şəkildə keçirmək mümkün olmasa və idmançılar və tamaşaçıların sağlamlıqlarının təhlükəyə düşməsi imkanı mövcud olarsa, ola bilsin, bu oyunları təxirə salmış olam.

O, söyləyib: Əlbəttə, bu barədə son qərarı Beynəlxalq Olimpiya Komitəsi verəcək, lakin biz bu qənaətdəyik ki, "ləğv", münasib seçim deyildir.

Abenin sözləri Beynəlxalq Olimpiya Komitəsinin açıqlamasından sonra söylənibdir. Bu komitə bildiribdir ki, təqribən bir aydan sonra 2020-ci il Tokio yay olimpiya oyunlarının təxirə salınması barədə qərar çıxaracaqdır.

Koronavirus pandemiyasına görə, bəzi ölkələrin olimpiya komitələri, idmançıları və idman orqanları idmançılar üçün bərabər şəraitin mövcud olmasına və onların sağlamlıqlarına əmin olmaq məqsədilə olimpiya oyunlarının təxirə salınmasını istəyirlər.

2020-Cİ İL YAY OLİMPİYA OYUNLARI TƏXİRƏ DÜŞƏ BİLƏR