Amerikalı senator İrana qarşı sanksiyaların ləğvini istəyib
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i360413-amerikalı_senator_İrana_qarşı_sanksiyaların_ləğvini_istəyib
Digər bir amerikalı senator koronavirusun qızğın çağında İrana qarşı sanksiyaların ləğvini istəyib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 11, 2020 10:04 Asia/Baku

Digər bir amerikalı senator koronavirusun qızğın çağında İrana qarşı sanksiyaların ləğvini istəyib.

Kaliforniya ştatından olan demokrat senator Dayenn Faynstayn ABŞ prezidenti Donald Trampa xitab etdiyi məktubda yazıb: Koronavirus pandemiyasına nəzarət üçün İrana yardım, Amerikanın milli maraqları istiqamətindədir.

Bu amerikalı rəsmi həmçinin Trampdan istəyibdir ki, İranın Beynəlxalq Valyuta Fondundan beş milyard dollarlıq kredit almaq üzrə xahişi ilə razılaşsın.

ABŞ senatında kəşfiyyat komitəsinin üzvü olan Faynstayn bu məktubda vurğulayıb ki, Ağ Ev-in Tehranın pul almaq barədə olan Beynəlxalq Valyuta Fondundakı ərizəsinin qarşısını almaq üzrə niyyətindən məyus olubdur.

Bir neçə gün bundan öncə Tramp hökuməti bildirdi ki, İranın Beynəlxalq Valyuta Fonduna verdiyi kredit ərizəsinin irəliləməsinə icazə verməyəcəkdir.

Digər bir amerikalı senator- Kris Morfi də son zamanlar bir tvitter mesajında İrana qarşı sanksiyaların azaldılmıasını istəmişdi.

ABŞ SENATORU İRANA QARŞI SANKSİYALARIN LƏĞVİNİ İSTƏYİB