Türkiyə ilə İran arasında 100 min ton əmtəə malı mübadilə olunub
Türkiyənin nəqliyyat və infrastruktur naziri bildirib ki, ölkəsi və İran martın əvvvəlindən bəri 100 min ton əmtəə malı mübadilə ediblər.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Kara İsmayıloğlu deyib ki, Türkiyə ilə İran arasında şose nəqliyyatı koronavirus pandemiyasına görə, dayanıbdır. O, deyib: İki ölkə martın üçündən bəri təqribən 3 min vaqonla 100 min ton əmtəə malı mübadilə edib.
Türkiyənin nəqliyyat və infrastruktur naziri sonra deyib: Ankara İran xüsusiyyət təşkil etməklə Asiya ölkələrilə əmtəə mübadiləsi üçün Bakı-Tiflis-Qars dəmiryoluna üz tutubdur.
Türkiyə ilə İran arasında ticarət əlaqələri həcmi 2019-cu ilin ilk səkkiz ayı üçün 4 milyard 474 milyon dollardır. Türkiyənin İrana ixracatı həmin müddətdə bir milyard 568 milyon dollar, idxalatı isə 2 milyard 902 milyon 600 min dollardır.
TÜRKİYƏ VƏ İRAN YÜZ MİN TON ƏMTƏƏ MÜBADİLƏSİ EDİBLƏR