Koronavirus dövründə İtaliyada narkotik maddələr
İtaliyada koronavirusun geniş yayıldığı və ikiaylıq ümumölkə karantini şəraitində məşğulluqların kasadlaşmasına rəğmən, narkotik maddələr satanlar öz iş üslublarını dəyişərək, bu evyıxan bəlanı təqdim etməkdədirlər.
Bu koronaviruslu dövranda əhalini öz gündəlik ehtiyaclarını təmin etmək üçün sosial məsafəsaxlamaya riayət edərək, uzun növbələrdə supermarketlərin və apteklərin kənarında görmək adi hala çevrilibdir.
Bu növbələr sərt gediş-gəliş məhdudiyyətləri və ictimai məkanların tətilinə görə, adi əhalinin iştirakından əlavə, narkotik maddələr paylayanları da özünə tərəf sövq etdiribdir. Polis qüvvələri ötən bir ərzində bu şəxslərdən bir çoxunu həbs ediblər.
Gördüyünüz bu velosipedli şəxs İtaliyanın şimalında yerləşən Milan şəhərində bu ölkənin böyük tamaşaçı kütləsinə malik olan ictimai və siyasi satira üzrə televiziya verilişinin amillərindən biridir. O, bu şəhərdəki bir qrup italyan və xarici narkotik satanları ovlamağa gedib.
m.k- Bura, Milanın mərkəzi stansiyasıdır. Sərt gediş-gəliş məhdudiyyətlərinə və çətin koronaviruslu duruma rəğmən, narkotik satııcıları asanlıqla bu məkana toplaşır və narkotik maddələrin paylanması tərzi və ahəngdarlığı məsələsini dəqiqləşdirirlər. Baxın, necə böyük daşlarla mənə hücum edirlər.
m.k- Yarım saat olar ki, burdayam. Narkotik satanlardan başqa burada heç kəs yoxdur.
Roma daxil olmaqla İtaliyanın iri şəhərlərində koronavirusdan irəli gələn geniş problemlər rəsmilərin diqqətinin bu pandemiya üzərində təmərküzləşməsinə səbəb olubdur ki, bu da pozğunların sui-istifadələrinə fürsət yaradıbdır.
KORONAVİRUS İTALİYADA NARKOTİK ALVERİNƏ RÖVNƏQ VERİB