İngiltərə parlamentinin aşağı palatası kiçik bir mühitdə 650 nümayəndə
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i360963-İngiltərə_parlamentinin_aşağı_palatası_kiçik_bir_mühitdə_650_nümayəndə
Koronavirus vəziyyəti İngiltərə parlamenti iclaslarının forması və keçirilmə tərzini də dəyişibdir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 24, 2020 18:01 Asia/Baku

Koronavirus vəziyyəti İngiltərə parlamenti iclaslarının forması və keçirilmə tərzini də dəyişibdir.

Ceremi Korbinin İngiltərə Leyboristlər Partiyasının sədri vəzifəsindən kənara çəkilməsindən sonra Kir Starmer bu partiyanın yeni rəhbəri kimi partiyanın iclasındakı ilk iştirakında və cəmiyyətdə narazılıqların şiddətlənməsinin davamında hökumətin koronavirusun aradan qaldırılması sahəsindəki fəaliyyətlərini tənqid atəşinə tutubdur.

Müsahibə: Pandemiyalarda analiz etmək mühümdür və biz bu sahədə digər Avropa ölkələrindən geridə qalırıq. Səhiyyə naziri söz veribdir ki, ölkədə 100 min koronavirus analizi həyata keçiriləcək. Amma gündə yalnız 18 min sınaq keçirilir.

İngiltərə parlamentinin aşağı palatası kiçik bir mühitdə 650 nümayəndə ilə dünyada ən sıx parlamentlərdən sayılır. İndi koronavirus şəraiti bu parlamenti də təsir altına alıb və sosial məsafə saxlama üçün təkcə əlli nümyəndə eyni vaxtda parlamentdə iştirak edə bilər ki, bu miqdarda nümayəndə könüllülər arasında püşk atılmaqla seçilib.

Nümayəndələr palatasında səkkiz iri monitor quraşdırılıbdır ki, parlamentin 120 nümayəndəsi video-konfrans vasitəsilə bəhslərdə iştirak edə bilsin.

İclasda İngiltərə hökumətinin koronavirus pandemiyasının aradan qaldırılması sahəsindəki kəsərsizliyi və bu virusdan ölənrlərin sayının günbəgün artması adlandırılan məsələ ən çox tənqid olunan məsələlərdən olubdur.

Həmçinin hökumətin müalicə imkanları və avadanlıqlarının təmin edilməsi sahəsindəki acizliyi, eləcə də koronaviruslu xəstələrlə işləyən tibb kadrının geyim, əlcək və maska ilə təmin edilməməsi bundan daha çox tənqid edilən məsələlərdən olubdur.

Xatırladaq ki, tibbi ləvazimatların çatışmazşığı yüzdən çox həkimin və digər tibb işçisinin həyatını itirməsi ilə nəticələnibdir.

Müsahibə: Biz də xəstələrin müalicəsi yolunda həyatlarını itirmiş həkimlər və şəfqət işçilərinin ailələrinin kədərlərinə şərik çıxırıq və mən koronaviruslu xəstələri müalicə edənlərin ixtiyarına fərdi qoruyucu vastələrin qoyulması ilə tamamilə razıyam.

Hökumətin zərər çəkmiş peşələrə və iqtisadi fəallara yardım barədəki vədlərinin reallaşmaması da İngiltərə parlamentinin yarıəyani və yarıvirtual iclasında tənqid obyektlərindən olubdur.

COVID-19 İNGİLTƏRƏ PARLAMENTİNİ KÖLGƏDƏ QOYDU