Yəmənli qüvvələr mühüm bir düşərgəni ələ keçiriblər
Yəmən ordusu və xalq komitələri səud koalisiyasının Ərəbistanla sərhəddə, Əlcuf vilayətində yerləşən strateji bir düşərgəsini geri ala biliblər.
Yəmən ordusu və xalq komitələrinin geniş əməliyyatı dünən gecə Əlməzariq bölgəsinə doğru irəliləyişlə başlanıb və yəmənli qüvvələr Əlcuf vilayətinin mərkəzi olan Əlhəzm şəhərini təmizlədikdən sonra bu bölgəyə yiyələniblər.
Yəmənli qüvvələr Əlməzariq-ə yiyələndikdən sonra Əlləbənat düşərgəsi və təpələrinə doğru irəliləyişlərini davam etdirib və onu nəzarətini ələ almağa müvəffəq olublar.
Ərəbistan ilə müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
YƏMƏNLİ QÜVVƏLƏR MÜHÜM BİR DÜŞƏRGƏNİ ƏLƏ KEÇİRİBLƏR