Səud qırıcıları 23 dəfə Yəməni bombalayıblar
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i361061-səud_qırıcıları_23_dəfə_yəməni_bombalayıblar
Təcavüzkar səud koalisiyası Yəməndə atəşkəsin elan olunmasına rəğmən, bir daha bu ölkənin mülki bölgələrini hədəfə alıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2020 03:32 Asia/Baku

Təcavüzkar səud koalisiyası Yəməndə atəşkəsin elan olunmasına rəğmən, bir daha bu ölkənin mülki bölgələrini hədəfə alıbdır.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya əl-Səri dünən gecə bildirib ki, təcavüzkar səud koalisiyasının qırıcıları ötən sutka ərzində 17 dəfə Marəb vilayətindəki Sərvah və Mucəzzər şəhərlərini, beş dəfə elə həmin vilayətdəki Mədğəl şəhərini, bir dəfə də Səədə vilayətidə yerləşən Kətaf şəhərini bombalayıblar.

Yəmən silahlı qüvvələrinin sözçüsü həmçinin təcavüzkar səud koalisiyasının bu ölkənin mərkəzində yerləşən Marəb vilayətində irəliləyiş üzrə səylərinin uğursuz qaldığını bildirib.

Yəmənin Əlməsirə telekanalı da dünən gecə bildiribdir ki, təcavüzkar səud koalisiyası bir daha atəşkəsi pozub və Yəmənin qərbində yerləşən Əlhudəydə vilayətini artilleriya hücumu hədəfinə alıbdır.

Əlməsirə telekanalının bildirdiyinə görə, səud təcavüzkarları və onların muzdurları Əlhudəydə vilayətinin müxtəlif bölgələrinə tərəf yüzdən çox top mərmisi və adi mərmi atıblar.

SƏUD QIRICILARI 23 DƏFƏ YƏMƏNİ BOMBALAYIBLAR