Bu məlumata görə, 520 min turist beynəlxalq
Çində koronavirusa yeni yoluxmanın olmadığı ikinci gündə Hubey əyalətinin Uhan şəhərində turizm məkan və məntəqələrinin qapıları turistlərin üzünə açılıb.
Çin rəsmiləri bildiriblər ki, mayın üçü və dördündə bu ölkədə koronavirusa heç bir yeni yoluxma halının xəbər verilməməsindən sonra və Çində beynəlxalq əmək gününün beşgünlük tətillərinin başlanması ilə bir zamanda Hubey əyaləti və Uhan şəhərində turizm məkan və məntəqələrinin qapıları turistlərin üzünə açılıbdır.
Bu məlumata görə, 520 min turist beynəlxalq əmək gününün təkcə ilk üç günündə Hubey əyalətindəki turizm cazibələrini müşahidə edib.
Hubey əyalətinin mədəniyyət və turizm idarəsinin bildirdiyinə görə,bu üç gündəki turistlərin sayı ötən ilə nisbətən 83 faiz azalıbdır.
TURİZM HUBEYƏ GERİ DÖNDÜ