bağlı situasiya sadəcə olaraq dəhşətlidir.
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i361441-bağlı_situasiya_sadəcə_olaraq_dəhşətlidir.
Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan yerli KİV-lərə müsahibəsində bildirib ki, ölkədə koronavirus epidemiyası ilə bağlı situasiya sadəcə olaraq dəhşətlidir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
May 06, 2020 17:14 Asia/Baku

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan yerli KİV-lərə müsahibəsində bildirib ki, ölkədə koronavirus epidemiyası ilə bağlı situasiya sadəcə olaraq dəhşətlidir.

Baqratyan xatırladıb ki, martın ortalarında Ermənistanda fövqəladə vəziyyət elan ediləndə o vaxt 18 koronavirus xəstəsi vardı, bu gün isə xəstələrin sayı 3 min nəfərə yaxınlaşır. Yəni Ermənistan bu məsələdə əhalisinin sayına görə bütün dünyanı ötüb keçib.

O qeyd edib ki, Ermənistanda fövqəladə vəziyyət rejimi formaldır. Hakimiyyət gücləndirilmiş rejimə hazır deyil.

BAQRATYAN ERMƏNİSTANDA COVİD-19 DURUMUNU DƏHŞƏTLİ ADLANDIRIB