İrana hücum edəcəyi təqdirdə dərhal cavab alacağını çox yaxşı bildiyini söyləyib.
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i361451-İrana_hücum_edəcəyi_təqdirdə_dərhal_cavab_alacağını_çox_yaxşı_bildiyini_söyləyib.
ABŞ-ın Müdafiə Nazirliyi-Pentaqonun keçmiş ekspertlərindən Maykl Maluf ABŞ-ın İrana hücum edəcəyi təqdirdə dərhal cavab alacağını çox yaxşı bildiyini söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 06, 2020 16:56 Asia/Baku

ABŞ-ın Müdafiə Nazirliyi-Pentaqonun keçmiş ekspertlərindən Maykl Maluf ABŞ-ın İrana hücum edəcəyi təqdirdə dərhal cavab alacağını çox yaxşı bildiyini söyləyib.

Əl-Məyadin telekanılan açıqlama verən Maluf, belə deyib: “Vaşinqton və Təl-Əvivin İrana qarşı səyləri, bu ölkəni regionda zəiflətmək üçün apardığı mürəkkəb bir müharibədir”.

Əslində ABŞ-ın İran ilə birbaşa üzləşmək istəmədiyini bildirən Maluf qeyd edib ki, Donlad Tramp yalnız gələcəkdəki seçkilərdə qalib olma şansının aşağı olduğunu görərsə, İranı provokasiyaya çəkə bilər.

Ekspert bu vəziyyətin Təl-Əvivin də istədiyi bir məsələ olduğunu vurğulayıb. Onun fikrincə, ABŞ İrana hücum edəcəyi təqdirdə dərhal cavab zərbələri alacağını çox yaxşı anlayır. Bəlkə də Eynül-Əsəd hərbi bazasına qarşı İranın heç nədən çəkinmədən öz təhdidini reallaşdırması bir meyar kimi qəbul olunub və ABŞ hərbiyyəsi bu faktı nəzərə almağa məcburdur.

ABŞ İRAN QARŞISINDA TAB GƏTİRMƏYƏCƏYİNİ ANLAYIR