Rövşən Əhmədli Milli Şuradan çıxıb
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i363027-rövşən_Əhmədli_milli_Şuradan_çıxıb
“Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın sədri Rövşən Əhmədli Milli Şuradan çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2020 09:44 Asia/Baku
  • Rövşən Əhmədli Milli Şuradan çıxıb

“Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın sədri Rövşən Əhmədli Milli Şuradan çıxıb.

SaharAzeri APA-ya istinadla xəbər verir ki, bu barədə R. Əhmədli özünün “facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, son zamanlarda Milli Şuranın Koordinasiya Mərkəzində baş verən arzuolunmaz hadisələr, sosial şəbəkələrdə geniş müzakirə olunan mübahisəli məqamlar, ictimaiyyətin, vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin bu hadisələrə münasibəti onu dərindən narahat edib.

"Milli Şurada baş verənlərə görə hədsiz dərəcədə üzgünəm. Milli Şurada qalmağı mümkünsüz , faydasız hesab edir və acı təəssüf hissi ilə bu gündən Milli Şuranı tərk edirəm. Milli Şuranı tək etsəm də, demokratik, hüquqi dövlət quruculuğu uğrunda mübarizəmiz davam edir və bu mübarizədə hamıya uğurlar diləyirəm”, - deyə R. Əhmədli qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfəron da Milli Şuradan istefa verib.