Türkiyədə 5,7 maqnitudalı zəlzələ olub, 7 nəfər yaralanıb- YENİLƏNİB
https://azeri.sahartv.ir/tv/baŞlanĞic_vİdeolar_s-i363212-türkiyədə_5_7_maqnitudalı_zəlzələ_olub_7_nəfər_yaralanıb_yenİlƏnİb
Türkiyədə zəlzələ nəticəsində 10 ev çöküb, 7 nəfər yaralanıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 14, 2020 20:49 Asia/Baku
  • Türkiyədə 5,7 maqnitudalı zəlzələ olub, 7 nəfər yaralanıb- YENİLƏNİB

Türkiyədə zəlzələ nəticəsində 10 ev çöküb, 7 nəfər yaralanıb.

SaharAzeri APA-ya istinadla xəbər verir, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Karlova qəsəbəsinin Kaynarpınar kəndindəki jandarmanın müşahidə qülləsinin uçduğunu, bir nəfərin dağıntılar altında qaldığını, iki nəfərin isə yüngül xəsarət aldığını bildirib.

Bingöl valisi isə deyib ki, Dinarbey və Elmali kəndlərində 10 ev çöküb, 4 nəfər dağıntı altından çıxarılıb.