Həsən Yəzdani sərbəst güləş üzrə 16 illik tilsimi qırdı
-
Həsən Yəzdani sərbəst güləş üzrə 16 illik tilsimi qırdı
Həsən Yəzdani sərbəst güləş üzrə 16 illik tilsimi qırdı
İranın sərbəst güləş üzrə yığma komandasını 74 kiloqram çəki dərəcəsində təmsil edən Həsən Yəzdani Rio olimpiya oyunlarının çempionun olub.
2016-cı il Rio olimpiya oyunlarının sərbəst güləş yarışlarının davamında Həsən Yəzdani 74 kiloqram çəki dərəcəsində birinci mərhələdə istirahət etdikdən sonra 2 dəqiqədən az bir müddətdə Haitidən olan güləşçini 7-0 hesabı ilə məğlub edib. O, sonrakı mərhələdə də Türkiyə təmsilçisi- Suner Demirtaşı 10-0 hesabı ilə məğlubiyyətə uğradaraq, yarımfinala vəsiqə qazandı.
Yəzdani bu etapda da Qazaxıstan nümayəndəsi Yuserbayevi 1 dəqiqə 43 saniyə ərzində 10-0 hesabı ilə məğlubiyyətə uğradaraq, finala çıxdı. O, qızıl medal uğrunda mübarizə aparmaq üçün Rusiyadan olan Ənvər Geduyev ilə görüşdü.O, bu görüşü 6-6 hesabı ilə başa vurub. Lakin sonuncu xalı qazandığına görə, qızıl medala layiq görülüb. Beləliklə, İranın sərbəst güləşi 16 ildən sonra olimpiya oyunlarında qızıl medal əldə etdi.