Okt 12, 2016 19:46 Asia/Baku
  • LİVAN - AŞURA GÜNÜ

LİVAN - AŞURA GÜNÜ

Livanın Hizbullahının baş katibi seyid Həsən Nəsrullah Beyrutun cənubunda Əzzahiyyə ərazisində Seyyidəş-Şühəda kompleksində Aşura əzadarlarının toplusunda etdiyi çıxışında deyib: Yəmən Kərbəla kimidir.

Livan Hizbullahının baş katibi deyib: Bu il İmam Hüseyn(ə) üçün matəm mərasimlərinə qarşı terrorçu hücumlar müəyyən qədər azalıb. Bu isə mücahidlərin bütün cəbhələrdə qazandığı qələbələrə görədir, onlar təkfirçiləri çıxılmaz vəziyyətdə qoyublar. 

Livan Hizbullahının baş katibi deyib: Hər bir təhlilçi Səudiyyə Ərəbistanının Yəmənə qarşı müharibəsinin siyasi məqsədlər üçün deyil, yəmənlilərdən intiqam almaq üçün həyata keçdiyini bilir. Yəmən xalqına qarşı bu kimi qırğın və cinayət siyasi məqsədlər üçün edilmir, bu vəhabbilik kin-küdurətindən mənşə alır, istiqlal və izzət istəyən yəmənlilərin iradəsini sarsıtmaq istəyir. 

Nəsrullah deyib: Bu gün Yəmən Kərbəla kimi doğram-doğram edilmiş cəsədlərin şahididir, Sənada və Yəmənin hər bir yerində qəm-kədər var, göz yaşları var, eyni zamanda Amerika-Səudiyyə qırğınlarına qarşı müqavimət və qəhrəmanlıq səhnələri var. 

Teqlər