Yan 04, 2019 19:24 Asia/Baku
  • Tehranın cümə namazı xitabətçisi: Yaxın Şərq Amerikanın arzularının qəbiristanlığına çevrildi
    Tehranın cümə namazı xitabətçisi: Yaxın Şərq Amerikanın arzularının qəbiristanlığına çevrildi

Tehranın cümə namazı xitabətçisi deyib: Yaxın Şərq və Asiyanın qərbi İran xalqının müqaviməti ilə Amerikanın arzularının qəbiristanlığına çevrildi.

Tehranın cümə namazı xitabətçisi höccətulislam Mohəmməd Cavad Hac Əli Əkbəri amerikalı hərbçilərin Suriyadan çıxmalarına və ABŞ prezidenti Donald Trampın gecə ilə bu ölkə hərbçilərinin İraqdakı bazasındakı iştirakına toxunaraq, əlavə edib: Amerikanın Qərbi Asiya bölgəsində iştirakı bu ölkə üçün bədbəxtlik gətirdi.

Höccətulislam Hac Əli Əkbəri sionist rejimin İran xalqının müqaviməti qarşısında çətin günlər keçirdiyini bəyan edərək, deyib: Livan Hizbullah-ı, İraqın əl-Həşduşşəbi qüvvələri, Yəmən Ənsarullah-ı, Bəhreyn xalqının inqilabı, Nigeriya İslam Hərəkatı Amerika qarşısındakı müqavimət halqalarındandır.

Tehranın cümə namazı xitabətçisi söyləyib: İran İslam Respublikası regiondakı müqavimətin ilhamvericisidir və İŞİD-i məğlub etməklə Amerikanın dəyərsiz koalisiyasını mövcudluq böhranı ilə üzləşdirdi.

Höccətulislam Hac Əli Əkbəri həmçinin İran xalqının şahlıq rejimi üzərindəki qələbəsinin 40-cı ildönümü ərəfəsində İslam İnqilabını Həzrət İmam Xomeyni(r.ə)-in rəhbərliyi ilə bir xalqın yeni təvəllüdü adlandırıb.

Tehranın cümə namazı xitabətçisi əlavə edib: İran xalqı İslam İnqilabı qələbəsinin 40-cı ildönümündə bu il ötən illərdəkindən daha fərqli şəkildə haqqın nahaqq üzərindəki qələbəsini bayram edəcək.

Teqlər