İran ordusu: Kərəc yaxınlığında qəzaya uğrayan təyyarə yük təyyarəsi olub
Yan 14, 2019 20:02 Asia/Baku
İranın Əlborz vilayətində yerləşən Fəth hava limanında bir ədəd Boinq 707 tipli yük təyyarəsi süqut edib. Təyyarənin yükü ət olub.
İran ordusunun ictimai əlaqələr xidmətinin bildirdiyinə görə, bu gün səhər yükü ət olan bir ədəd Boinq 707 tipli yük təyyarəsi İranın Əlborz vilayətindəki Fəth hava limanında təcili eniş edib. Qırğızıstanın Bişkek şəhərindən havaya qalxan bu təyyarənin yükü ət olub.
Bu yük təyyarəsi eniş zolağından çıxaraq, baryerlərə çırpılıb. Nəticədə təyyarədə yanğın çıxıb.
İranın Təcili Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi deyib: Təyyarədə 16 nəfər olub. Onlardan yeddisinin cəsədi Kərəcdə aşkar edilib.
Xalidi həmçinin deyib: Təyyarənin uçuş mühəndisi sağdır və xəstəxanaya köçürülüb.