May 21, 2019 13:54 Asia/Baku
  • İnqilab Rəhbəri şairlər ilə görüşdə fars dilinin gücləndirilməsinə təkid etdilər
    İnqilab Rəhbəri şairlər ilə görüşdə fars dilinin gücləndirilməsinə təkid etdilər

İslam İnqilabının Böyük Rəhbəri fars dili və ədəbiyyatı müəllimləri, gənc və qocaman şairlər ilə görüşdə fars dilinin gücləndirilməsinə təkid edərək, dedilər: Fars dilinin aşınmasına icazə vermək olmaz.

Həzrət Ayətullah Xamenei bu görüşdə fars dilinin və İnqilab şerinin irəliə doğru hərəkətini ümidverici adlandırdı və dedi: Fars dilində yazıb-yaratmış Hafiz, Sədi, Firdovsi və Mövləvi kimi böyük şairlərin əsərləri əxlaq, təlim, sədaqət, hikmət, ürfan, mənəviyyat və islam ilə doludur. Buna görə də, şeirin zahiri gözəlliyi ilə mənası arasında fərq qoymaq yanlış hərəkətdir. 

Həzrət Ayətullah Xamenei şeirin tövhid maarifinə, Əhl Beytin(ə) fəzilətlərinə, İnqilab və İranın mühüm hadisələrinə həsr olunmasının şeirin aliləşməsinə səbəb olan amillər adlandırdı və dedi: Yazıçılar və şairlər öz əsərlərində xalqın rəftarlarındakı gözəllikləri o cümlədən xalqın seldən zərərçəkənlərə yardımlardakı fədakarlıqları və qəhrəmanlıqları bəyan etməlidirlər. 

O həzrət medialarda əcnəbi kəlmələrdən geniş formada istifadə edilməsini tənqid edərək, rəsmilərə xitabən dedi: Fars dilinin aşınmasına və ziyan olmasına icazə verməyin. 

Bu görüşdə bir neçə gənc və qocaman şair öz şeirlərini İnqilab Rəhbərinin hüzurunda qiraət ediblər. 

Teqlər