Dek 14, 2019 20:59 Asia/Baku
  • “Sorena4” İran humanoid robotunun təqdimatı olub
    “Sorena4” İran humanoid robotunun təqdimatı olub

Tehran Universitetində “Sorena4” İran humanoid robotunun təqdimatı olub.

Bu gün İranın elm və texnologiya üzrə vitse-prezidenti Sorena Səttarinin iştirakı ilə təqdim olunan “Sorena4” humanoid robotu saatda yeddi kilometr sürətlə yol yerimək qabiliyyətinə malikdir. O, mətni danışığa çevirə bilir.

Bu humanoid robot tam İran məhsuludur və yerli formada iranlı istedadlar tərəfindən Tehran Universitetində dizayn edilib və indiyədək onun dörd variantı təqdim olunubdur.

Boyu 170 santimetr, çəkisi isə 70 kiloqram olan “Sorena” robotu qeyri-hamar səthlərdə hərəkət etmək bacarığına malikdir. O, problem yaranarkən öz müvazinətini bərpa edə bilir.

“Sorena4”ün digər qabiliyyətlərindən ayaqla zərbə vurmağa, həmçinin əl görüşmək, hörmət ifadə etmək, əşyanı yerdən qaldırmaq və bir yerdən başqa bir yerə aparmaq kimi qabiliyyətlərə işarə etmək olar.Cavab vermək bacarığı, görmə qabiliyyəti və yüz müxtəlif şeyi müəyyənləşdirmək bacarığı bu robotun digər qabiliyyətlərindəndir.

“Sorena4” İran humanoid robotu həmçinin böyük bir əşyanı bütöv şəkildə yerdən qaldırmağa, yazmağa, başqa bir şəxsin hərəkətlərini təqlid etməyə, əl-ayaq hərəkətlərini bir yerdə yerinə yetirməyə və robotun qulağının işığını dəyişdirməyə qadirdir.

Teqlər