Noy 30, 2020 23:43 Asia/Baku
  • Şəhid Möhsün Fəxrizadənin dəfn mərisimi keçirilib

Şəhid Möhsün Fəxrizadənin pak cənazəsinin müşayiət və dəfn mərasimi bu gün səhər saatlarında səhiyyə protokollarına riayət edilərək, rəsmi qurumların nümayəndələrinin iştirakı ilə Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyində keçirilib.

SəhərAzəri xəbər verir, Şəhid Fəxrizadənin ailəsi, SEPAH-ın baş komandanı general-polkovnik  Hüseyn Səlami, İran Ordusunun baş komandanı general-polkovnik Əbdürrəhim Musəvi, müdafiə naziri general-mayor Əmir Hatəmi, SEPAH-ın Qüds Qüvvələrinin komandanı general Qaani, SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Xakpur, İranın yol və şəhərsalma naziri Məhəmməd İslami, Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və bir sıra digər siyasi və hərbi rəsmilərin iştirakı ilə keçirilən bu mərasimdə Əhli-Beyt (ə) mədhiyyəçilərindən olan Mehdi Rəsuli növhəxanlıq edib və Əba-Əbdillahil Hüseyn (ə)-ın müsibətini zikr edib.

Mərasimin davamında Müdafiə Nazirliyi nəzdində İdeoloji-Siyasət İdarəsinin sədri Seyid Ziyaəd-Din Ağacanpur İslam İnqilabının Böyük Rəhbərinin şəhid Möhsün Fəxrizadənin şəhadəti münasibətilə ünvanladığı müraciəti qiraət ediblər, sonra isə  nüvə şəhidinin pak cənazəsinə namaz qılınıb və pak cənazə dəfn edilmək üçün Tehrandakı İmamzadə Saleh (ə)-ın hərəminə köçürülüb və naməlum şəhidlər və şəhid Şəhriarinin yanında torpağa tapşırılıb.

Qeyd edək ki, bundan əvvəl bu  şəhidin pak cənazəsi ilə vida mərasimi Məşhəd Və Qum şəhərlərində Həzrət Əli ibn Musa Ər-Riza(ə)-ın və Həzrət Fatimeyi-Məsumə(s.ə)-nın, həmçinin İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in hərəmlərində də keçirilib.

Teqlər