Dek 10, 2020 19:48 Asia/Baku
  • Ayətullah Yəzdi vəfat edib
    Ayətullah Yəzdi vəfat edib

Qum Dini Elmlər Hövzəsinin Müəllimlər Cəmiyyətinin sədri və Rəhbərlik Xobreqanı Məclisinin üzvü Ayətullah Mohəmməd Yəzdi dünyasını dəyişib.

SəhərAzəri xəbər verir, son zamanlar mədə-bağırsaq sistemi xəstəliyinə görə xəstəxanaya yatırılmış Ayətullah Mohəmməd Yəzdi İslam və İslam İnqilabı yolunda bir ömür mübarizədən sonra bu gün səksən doqquz yaşında haqqın dəvətini qəbul etdi.

On il müddətinə məhkəmə hakimiyyətinə sədrlik, Rəhbərlik Xobreqanı Məclisinə üzvlük və ona sədrlik, həmçinin Qum Dini Elmlər Hövzəsinin Müəllimlər Cəmiyyətinə sədrlik Ayətullah Mohəmməd Yəzdinin fəaliyyət keçmişində müşahidə olunur.

Bu mübariz din alimi müxtəlif islami elmlər sahəsində bir çox kitab və məqalənin müəllifidir.

Şücaət, inqilabçı olmaq, həmçinin İslam İnqilabının amallarını açıq və qəti şəkildə himayə etmək Ayətullah Yəzdinin bariz xüsusiyyətlərindən idi.

Teqlər