Bu gün Qurban bayramıdır
https://azeri.sahartv.ir/tv/münasibət_kliplər-i234362-bu_gün_qurban_bayramıdır
Bu gün Qurban bayramıdır
(last modified 2024-06-22T21:55:02+00:00 )
Sen 11, 2016 22:20 Asia/Baku
  • Bu gün Qurban bayramıdır

Bu gün Qurban bayramıdır

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, səadətli Qurban bayramında Allah Evini ziyarət etməyə tələsən hacılar Allahın əmri ilə və onun razılığı üçün qurbanlıq edir və ilahi böyük peyğəmbər Həzrət İbrahimin (ə) xatirəsini yad edir və onu əziz saxlayırlar.Allah-taala Həzrət İbrahimin (ə) imanını imtahan etmək üçün ona əmr etdi ki, övladı İsmayılı Allah yolunda qurbanlıq etsin.İbrahim (ə) bu işin çətinliyinə baxmayaraq, Allahın fərmanına itaət etdi və bu işi icra etmək üçün hazırlandı. Lakin hər nə qədər çalışdısa, bıçaq övladı İsmayılın boğazını kəsmədi. Bu halda İbrahimə (ə) xitab olundu ki, ilahi imtahandan başıuca çıxmışdır və həmin zaman bir qoyun göndərildi ki, onu İsmayılın yerinə qurbanlıq etsin.Bu ibrətamiz hadisə fədakarlıq, öz nəfsinə qalib gəlmək və Allahın fərmanı qarşısında təslim olmaq dərsidir.Elə buna görə dünya müsəlmanları zilhəccə ayının onunu islamın böyük və əzəmətli bayramı olaraq əziz saxlayır və ondan Allah-taalaya bəndəlik və ixlas dərsini öyrənirlər.İran İslam Respublikası Teleradio Təşkilatı səadətli Qurban bayramı münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edir.