İran "Qədir Xum" bayramı axşamında
https://azeri.sahartv.ir/tv/münasibət_kliplər-i235868-İran_qədir_xum_bayramı_axşamında
İran İslam Respublikası "Qədir Xum" bayramı axşamında sevinc və şadlıq içindədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2016 13:25 Asia/Baku
  • İran

İran İslam Respublikası "Qədir Xum" bayramı axşamında sevinc və şadlıq içindədir.

Sabah zilhəccənin 18-i, müsəlmanların böyük bayramlarından olan "Qədir Xum" bayramıdır. 

İslam Peyğəmbəri(s.ə.s) son həcc mərasimindən qayıdarkən həcc mərasimində iştirak etmiş müsəlmanları Qədir Xum adlı məkanda bir araya toplayaraq, həzrət Əli(ə)-ı Allah tərəfinən özünə təyin edilən canişin elan etdi. 

İslam Peyğəmbəri(s.ə.s) Qədir Xumda etdiyi çıxışında buyurdu: "Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır".

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı Qədir Xum bayramı münasibəti ilə dünya müsəlmanlarını təbrik edir.