May 21, 2020 19:30 Asia/Baku
  • General Soleymaninin terrorunun yeni cəhətləri ifşa olunub
    General Soleymaninin terrorunun yeni cəhətləri ifşa olunub

Bir amerikan nəşri general Soleymaninin terror edilməsinin yeni cəhətlərinə nəzər salaraq ifşa edib ki, bu əməliyyat olduqca sirli əməliyyat olub. Ondan az sayda adamın xəbəri olub və hətta ABŞ ordusunun casusluq peyklərinin də ondan xəbəri olmayıbdır.

"Nyus Uik" jurnalı öz kimliyini bildirmək istəməyən Amerika kəşfiyyat başçılarından birinə istinadla yazıb: Bu əməliyyatı həyata keçirən "MQ-9" PUA-na CPS aparatı quraşdırılmamışdı ki, tanınmayıb, izlənməsin və hətta vəzifəsi, dost və düşmən təyyarələri ayırd etmək olan öz radar sistemləri ondan heç bir uçuş əlaməti almamışdılar.

Bir amerikalı hərbçi də "Nyus Uik" jurnalına deyib: Gərək öz hərbi vəziyyətimizdə olaydıq. On dəqiqə sonra Əlcəzirə xəbər kanalına baxırdım və sonradan bildim ki, məsələ, fikirləşdiyim kimi deyildi.

Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymani, İraqın Həşduşşəbi təşkilatının rəis müavini Əbuməhdi Əlmuhəndis və onların silahdaşlarından səkkiz nəfər cari milad ili yanvarın üçündə terrorçu amerikan qüvvələrin Bağdad hava limanına qarşı PUA hücumunda şəhid edildilər.

General Soleymani İraq hökumətinin rəsmi dəvəti ilə bu ölkəyə səfər etmişdi.

Amerikanın müharibə nazirliyi Pentaqon-un bildirdiyinə görə, bu hücumun əmrini həmin ölkənin prezidenti Donald Tramp veribdir.

GENERAL SOLEYMANİNİN TERRORUNUN YENİ CƏHƏTLƏRİ İFŞA OLUNUB

Teqlər