İyul 31, 2020 14:48 Asia/Baku

Səadətli Qurban bayramı mübarək

Verilişin müddəti :    01:16:00

Tarix :      31-07-2020

----------------------------------------------------------------------------------------------------

Bu gün, 1441-ci hicri qəməri ili zihəccə ayının 10-u və 2020-ci milad ili iyulun 31, müsəlmanların böyük bayramlarından olan səadətli Qurban bayramı və ya iydil-Əzha bayramıdır.

 

SəhərAzəri - Səadətli Qurban bayramında Allah Evini ziyarət etməyə getmiş hacılar Allah-Taalanın göstərişi ilə və onun razılığı üçün qurban kəsərək, böyük ilahi peyğəmbər, Həzrət İbrahim(ə)-ın xatirəsini yaşadır və əziz tuturlar.Qeyd edək ki bu il Həcc mərasimi KORONAVİRUS pandemiyası üzündən çox məhdud şəkidə və özəl protokollara şikayətlə keçirildi.Allah-Taala imanı və sədaqətini sınamaq üçün Həzrət İbrahim(ə)-ə tapşırıq verir ki, oğlu Həzrət İsmail(ə)-ı Allahın yolunda qurban etsin. Həzrət İbrahim(ə) bu işin çətinliyinə rəğmən, ilahi fərmana boyun əyir və bu tapşırığı yerinə yetirməyə hazırlaşır, amma hər nə qədər səy edirsə, bıçaq oğlu Həzrət İsmail(ə)-ın boğazını kəsmir. Bu zaman Həzrət İbrahim(ə)-ə xitab olunur ki, ilahi imtahandan başıuca çıxdın. Elə bu anda bir qoyun göndərilir ki, o, bu qoyunu Həzrət İsmail(ə)-ın yerinə qurbanlıq etsin.Bu ibrətamiz macəra fədakarlıq dərsi, nəfs üzərində qələbə və Allahın fərmanı qarşısında təslim olmaq deməkdir. Buna görə, dünya müsəlmanları da zihəccənin onunu böyük və əzəmətli islami bir bayram kimi əziz tutur və ondan sədaqətlilik və bəndəlik dərsini öyrənirlər.İran İslam Respublikasının TeleRadio Təşkilatı səadətli Qurban bayramının gəlib çatması münasibətilə bütün dünya müsəlmanlarını təbrik edir.

Teqlər