İyul 16, 2022 19:54 Asia/Baku

Səadətli Qədir Xum bayramı mübarək olsun!

Verilişin müddəti :    00:45:00

Tarix :             16- 07 - 2022  

Aparıcı :                  R. Əmngostər

                               M. Şəbxiz

-----------------------------------------------------------------------------------------------

Səadətli Qədir Xum bayramı mübarək olsun!

Qədir Xum Məkkə və Mədinə arasında yerləşən bir məntəqənin adıdır. Əziz İslam peyğəmbəri həzrət Məhəmməd Mustafa(s.ə.s) vida həccindən geri dönərkən Qədir Xumda dayanaraq, hacılar qarşısında çıxış etmiş və Əlini(ə) müsəlmanların mövlası elan etmişdir. 

Həzrət Məhəmməd(s.ə.s) Qədir Xumda etdiyi çıxışında deyir: "Mən hər kimin mövlasıyamsa, bu Əli(ə) də onun mövlasıdır".

Qədir Xum bayramı İslam dininin təkmilləşdiyi gün olaraq müsəlmanların ən böyük bayramlarından biri sayılır. 

İslam ölkələrində olduğu kimi bu gün İranda da Qədir Xum bayramı münasibəti ilə insanlar dini məkanlara axın edərək, bu böyük bayramı qeyd edirlər. 

İran İslam Respublikasının Teleradio Təşkilatı da Qədir Xum bayramı münasibəti ilə dünya müsəlmanlarını təbrik edir. 

 

----------------------------------------------------------------------------------------

https://azeri.sahartv.ir/

Teqlər