İyul 29, 2022 21:30 Asia/Baku

VİLAYƏT GÜNƏŞİ - Məhərrəm ayının birinci günündə İslami İran başdanbaşa İmam Hüseynin (ə) əzadarlıq xeyməsinə çevrilib.

Verilişin müddəti :   00:58:39

Tarix :                     29.07.2022

aparıcı :                  Azər Quliyev

KƏRBƏLA - İmam Hüseyn(ə)-a əzadarlıq mərasimi - MƏHƏRRƏM AYINA ÖZƏL ƏZADARLIQ MƏRASİMİ .

 

bu gün 1444-cü hicri qəməri ili Məhərrəm ayının birinci günüdür. 

Şiələrin üçüncü imamı Həzrət İmam Hüseyn (ə) 61-ci hicri qəməri ili Məhərrəm ayının 10-da Kərbəlada şəhid edildi. İmam Hüseyn (ə) Kərbəla səhrasında bənzərsiz fədakarlığı ilə bütün dünyaya azadəlik və şərəf dərsi verdi.

Həzrət İmam Hüseyn (ə) Kərbəla vaqiəsində açıq şəkildə vurğuladı ki, mənim hərəkətimdə məqsəd Yezidin islalama qarşı hökumətini rüsvay etmək, əmr-be-məruf, nəhy-əz-münkəri bərpa etmək, zülm və sitəm qarşısında dayanmaqdır.

Həzrət İmam Hüseyn (ə) hərəkatının dərsləri bütün məxluqatlar, bəşəriyyət və dünya qədər geniş tarix və coğrafiyaya malikdir və heç vaxt məhdudlaşa bilməz.

1444-cü hicri qəməri ili Məhərrəm ayının birinci gecəsində əzadarlıq heyətləri matəm məclislərini açıq mühitdə keçirdikləri son iki ildən fərqli olaraq, öz hüseyniyyələrinə qayıtdılar.

"Dünya əhlinin xilası Hüseyn (ə) ilədir" bütün əzadarlıq heyətlərinin ortaq şüarıdır. 

----------------------------------------------------------------------------------------------------------------------------------

 

----------------------------------------------------------------------------------------------------------------------------------

VİLAYƏT GÜNƏŞİ bütün dini münasibətlərdə, Məsumların mövludu və şəhadəti günlərində efirə verilir. Verilişdə günün münasibətinə uyğun olaraq söhbətlər gedir.

 

----------------------------------------------------------------------------------------------------------------------------------

Teqlər