İmam Həsən Əsgərinin (ə) mövludu mübarək olsun !
Bu gün, cümə axşamı, 1444-cü il hicri-qəməri ili rəbiüssani ayının səkkizi, 2022-ci il noyabrın üçü, vəd edilmiş xilaskar (əc)-in müjdə verəni- İmam Həsən Əskəri (ə)-ın mövludunun ildönümünü günüdür.
SəhərAzəri-nin məlumatına əsasən, Həzrət İmam Həsən Əskəri (ə) 232-ci il hicri-qəməri ili rəbiüssani ayının səkkizində Mədinə şəhərində dünyaya göz açıb.
Bu möhtərəm imam şiə təfəkkürlərini bəyan və dini şübhələri rədd etməklə İslam dininin qorunub saxlanılması və yayılması istiqamətində ciddi-cəhd göstərdi və Həzrət Mehdi (əc)-in imaməti dövründə müsəlmanların fəaliyyətlərini bəyan etməklə onları sonuncu məsum imamın qeyb olması dövrünə hazırladı.
Uşaqlıq dövründə atası- İmam Hadi (ə)-ın elm mənbəyindən bəhrələnən İmam Həsən Əskəri (ə) möhtərəm atasının şəhadəti ilə, iyirmi iki yaşında ikən, məsuliyyətli imamət vəzifəsini altı il müddətinə- şəhid olana qədər üzərinə götürdü.
Həyat dövrü Mötəz, Mühtədi və Mötəmid kimi Abbasi xəlifələrinin hakimiyyət dövrləri ilə bir zamana düşən Həzrət İmam Həsən Əskəri (ə) sıxıntı və məhdudiyyətlərə baxmayaraq, düzgün tədbir və təlimlərlə müsəlmanların agahlığı və birliyini artırdı.