İyun 21, 2024 21:09 Asia/Baku

Qurban bayramı mübarək olsun!

Verilişin müddəti :   01:12:37

Tarix :                    21-06-2024

Aparıcı :                 NEDA. SAM

                             RAMTİN ƏMNQOSTƏR

                              NƏRGİZ AŞURİ

Verilişin qonaqları:  MOSKVA ƏHLİ-BEYT MƏDDAHLARI QRUPU

                             ƏTA ŞAHMORADİ  -  MÜĞƏNNİ

                             NADİR RAMDEL - REMİKS

                             ROYA SALEHİ - AKTRİSA

                             PEYMAN İSLAMİ - MÜĞƏNNİ

                            "Əhura" səntur qrupundan canlı ifa

                           Mübarək Qurban bayramının özəl proqramında Azərbaycan respublikasının şəhidləri və bu ölkədə nahaqcasına həbsdə olan inanclı qardaşları yad etdik.

Mövzu:                 Səadətli Qurban bayramı mübarək!

---------------------------------------------------------------------------------------------------------------------

 

 

 

-----------------------------------------------------------------------------------------------------------------------

Qurban bayramında Allah Evini ziyarət etməyə getmiş hacılar Allah-Taalanın göstərişi ilə və onun razılığı üçün qurban kəsərək, böyük ilahi peyğəmbər, Həzrət İbrahimın (ə) xatirəsini yaşadır və əziz tuturlar.

Allah-Taala imanı və sədaqətini sınamaq üçün Həzrət İbrahimə(ə) tapşırıq verir ki, oğlu Həzrət İsmaili(ə) Allahın yolunda qurban etsin. Həzrət İbrahim(ə) bu işin çətinliyinə rəğmən, ilahi fərmana boyun əyir və bu tapşırığı yerinə yetirməyə hazırlaşır, amma hər nə qədər səy edirsə, bıçaq oğlu Həzrət İsmailın (ə) boğazını kəsmir. Bu zaman Həzrət İbrahimə(ə) xitab olunur ki, ilahi imtahandan başıuca çıxdın. Elə bu anda bir qoyun göndərilir ki, o, bu qoyunu Həzrət İsmailın (ə) yerinə qurbanlıq etsin.

Bu ibrətamiz macəra fədakarlıq dərsi, nəfs üzərində qələbə və Allahın fərmanı qarşısında təslim olmaq deməkdir. Buna görə, dünya müsəlmanları da zihəccənin onunu böyük və əzəmətli islami bir bayram kimi əziz tutur və ondan sadiqlik və bəndəlik dərsini öyrənirlər.

SəhərAzəri Telekanalı bu böyük bayram münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edir.

 

Teqlər