Yəmənin Əl-Muhrə vilayəti sakinləri ilə Səudiyyə Ərəbistanı muzdluları arasında toqquşma
Yəmənin Əl-Muhrə vilayətinin sakinləri və bu vilayətdə yaşayan qəbilələrin Səudiyyə rejiminin hərbi təchizatlarını daşıyan yük maşınlarının onların ərazisindən keçməsinə etirazı tərəflər arasında silahlı qarşıdurmaya səbəb olub.
Mehr xəbər agentliyinin bildirdiyinə görə, Əl-Muhrə vilayətinin sakinləri və yerli qəbilələr Səudiyyə Ərəbistanının Əl-Muhrə vilayətindəki hərbi iştirakına etiraz olaraq, hərbi təchizatları daşıyan yük maşınlarının hərəkət etdiyi şose yolunu Şəhən və Hat məntəqəsində bağlayıblar.
Silahlı toqquşma Səudiyyə muzdlularının Əl-Muhrə sakinlərinə hücum etməsi ilə başlanıb. Əl-Muhrə vilayətindəki qəbilələr bundan öncə də Səudiyyə muzdlularının Şəhən məntəqəsində hərbi baza yaratmalarına mane olmuşdular.
Əl-Muhrə sakinlərinin etirazları nəticəsində səudiyyə muzdluları 2018-ci ilin aprelində Şəhən məntəqəsindəki bazanı boşaltmağa məcbur oldular.