Zərif: Sionist rejim beynəlxaq hüquqları pozur
Dek 13, 2018 11:24 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri dünən sionist rejimin bölgədəki hərəkətlərini təhlükəli adlandırıb. Bildirib ki, bu rejim beynəlxaq hüquqları pozur.
Məhəmməd Cavad Zərif Almaniyada çıxan “Züddöyçe Saytunq” qəzeti ilə müsahibədə Livan və Suriyanın hava məkanlarının sionist rejim tərəfindən pozulmasına toxunub. Xatırladıb ki, sionist rejimin regiondakı hərəkətləri beynəlxalq hüquqları və BMT qətnamələrini pozur.
Sionist rejimin Suriyaya qarşı hücumlarını avantüra adlandıran İran xarici işlər naziri
avantüranın həmişə təhlükəli olduğunu nəzərə çarpdırıbdır.
Zərif İranın Suriyadakı hərbi məsləhətlər verməsinə də toxunub: İranın hərbi məsləhətçiləri Suriya dövlətinin xahişi ilə həmin ölkədə fəaliyyət göstərirlər.