May 12, 2015 15:48 Asia/Baku
  • Mehrabad hava limanında İranın daxili işlər naziri Əbd
    Mehrabad hava limanında İranın daxili işlər naziri Əbd

İran İslam Respublikası xarici işlər naziri İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrinin nəticəsinə nikbin olduğunu bildirib və deyib: Anlaşmanın əldə olunması mümkündür.

İran İslam Respublikası xarici işlər naziri İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrinin nəticəsinə nikbin olduğunu bildirib və deyib: Anlaşmanın əldə olunması mümkündür. Bu şərt ilə ki, müzakirə tərəfləri ciddi iradəyə malik olsunlar. Beynəlxalq Səhər Kanalının məlumatına görə, Məhəmməd Cavad Zərif Almaniyada çıxan Şpigel jurnalı ilə müsahibədə ötən bir il yarım ərzində İran və 5+1 qrupu arasında müxtəlif səviyyələrdə bir çox iclasın keçirilməsinə işarə edərək, deyib: Bir çox məsələlərlə bağlı iki tərəf arasında olan fikir ayrılıqları öz həllini tapıb. Və müzakirə prosesinin davam edəcəyi təqdirdə, yekun anlaşmaya nail olmaq mümkün olacaq. 
İran xarici işlər naziri İran ilə müzakirə aparan bəzi tərəflərin o cümlədən Amerikanın tamahkarlığını müzakirələrin uzanmasının amili adlandırıb və deyib: müzakirələrin gedişində pozuculuq törətmək heç bir tərəfin xeyrinə olmayacaq. 
Zərif Suriya böhranı ilə bağlı İranın mövqeyi barədə də deyib: İran Suriyaya qəbul etdirilən böhranın elə əvvəlindən Suriya böhranının yalnız suriyalı qruplar arasında dialoq yolu ilə həll ediləsi olduğunu vurğulayıb. Xarici və hərbi müdaxilə isə bu ölkədə vəziyyətin daha da mürəkkəb hal almasına xidmət edir. 
Zərif həmçinin ABŞ-ın Ərəbistanın Yəmən xalqına qarşı cinayətlərini himayə etməsini tənqid edib və deyib: Yəmən xalqı xarici amillərin müdaxiləsi olmadan müstəqil bir hökumət qurmaq istəyir. 
Zərif İranın Yəmənə müdaxiləsi ilə bağlı deyilənləri rədd edərək, deyib: bu məzlum ölkənin bəzi region ölkələri tərəfindən siyasi və hərbi təcavüzlərə məruz qaldığı bir şəraitdə İranın Yəmənin işlərinə müdaxiləsi iddiası ilə çıxış etmək gülünc hərəkətdir. 

Teqlər