Dek 18, 2018 15:20 Asia/Baku

Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Verilişin müddəti : 00:02:14

Tarix : 2019/02/19

-------------------------------------------------------------------------

İranın Fateh adlı ən müasir sualtı qayığı dünən İran İslam Respublikası ordusunun dəniz qoşunlarının cənub donanmasına qoşuldu. 

İranın müdafi nazirinin müavini Kontr Admiral Əmir Rəstqari dünən axşam İranın 2-ci telekanalına verdiyi açıqlamada Fateh sualtı qayığının istehsalında dünyanın 76 texnologiyasında istifadə edildiyini bildirərək deyib: Bu sualtı qayıq suyun altında və səthində yüksək hücum və müdafiə qabiliyyətlərinə malikdir. 

Kontr Admiral Rəstqari İranın düşmənlər tərəfindən sanksiyaya məruz qalmasının inkişaf üçün əlverişli fürsət yaratdığını bildirərək deyib: Yaxın gələcəkdə iranlı mütəxəssislər tərəfindən üzən aparatlar üçün 20 meqavatlıq dəniz generatoru istehsal ediləcək.

Bu sahədə İİR ordusunun dəniz qoşunlarının komandanı Kontr Admiral Hüseyn Xanzadi də islam inqilabından öncə İranın sualtı qayıq istehsalı texnologiyasına malik olmadığını bildirərək deyib: Fateh sualtı qayığı İranın sualtı müdafiə qüvvələr halqasını təkmilləşdirdi. 

Xanzadi region ölkələrinin birlikdə regionun təhlükəsizliyini təmin etməyə qadir olduqlarını bildirərək deyib: Əcnəbiləri regiondan çıxarmaq lazımdır ona görə ki,bu region təhlükəsizliyin təmini üçün onların fəaliyyətinə ehtiyaclı deyildir. 

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər