Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı başda olmaqla bir çox ölkələr Yəmənə hücum ediblər. Səbəb isə oradakı şiələrin Yəmən hakimiyyətini ələ keçirməsi və sünniləri hakimiyyətdən kənarlaşdırmasıdır. Güya ki, 20 % şiə bütün Yəməni zorla ələ keçirib və sünniləri sıxırlar. Sual vermək lazımdır ki, siz 30 il diktatorluq edən rüşvətxor Əli Abdullah Salehə sünni deyirsiniz? Siz korrupsioner və ölkəsini bombardımana dəvət edən, ABŞ dostu olan Abd Rabbu Mansur Hadiyə sünni deyirsiniz ? “Əl-Qadidə” terrorçularına dəstək verənlərə sünni deyirsiniz? Körpələri bombardıman edən işğalçı İsrail rejiminin atdığı addımı təkrarlayan cəlladlara sünni deyirsiniz? Sünni adından istifadə edib, Yəmən xalqının imperiya nökəri olmaqdan azad olmaq istəyini bilərəkdən şiə -sünni müharibəsi kimi qələmə vermək ilk növbədə sionist İsrailin və başda ABŞ olmaqla Qərbin marağındadır. “Husi”lərin 6 il öncə Səudiyyə Ərəbistanı aviasiyası tərəfindən bomabardıman edildiyini bəlkə də çoxları bilmir. O zaman “Husi”lər Səudiyyə Ərəbistanının bu təcavüzünə təcavüzkarların bir neçə zirehli texnikasının məhv edilməsi ilə cavab verib. O zaman “Husi”lər hakimiyyətə iddialı deyildilər. Bəs nə üçün bu qədər təzyiqlərə məruz qalırdılar? Çünki, “Husi”lər Səudiyənin dəstəklədikləri “əl-Qaidə” və digər terror təşkilatlarının düşərgəsinə çevirilən Yəmən torpaqlarında terrorçuluğun qarşısına çıxa biləcək yeganə gücdürlər. Səudiyyə Ərəbistanı Körfəz ölkəsi olan strateji əhəmiyyətə malik Yəməni əldə saxlamq üçün oradakı terrorçu təşkilatları daima bəsləyib və himayə edib. Vəhhabi krallığı “Husi”lərin sünni və şiə birliyi ilə yaratdığı “Ənsarullah” təşkilatının krallığın planlarını puç edəcəyini çox gözəl anlayır və ona görə də, Yəmənə təcavüz etdi. Ancaq unutmaq lazım deyil ki, Yəmən xaqlı döyüşkən və iradəli xalqdır. Bütün fitnələrə baxmayaraq, Yəmən xalqı sünnisi və şiəsi ilə birgə xarici təcavüzə qarşı sipər olaraq qalib gələcəklər. Sonda qeyd etmək istəyirəm ki, sünni qardaşlarımızın adından istifadə edərək təcavüz etmək, elə sünni qardaşlarımızın haqqını tapdalamaqdır. Çünki, heç bir sünni körpələri, qocaları və
Yəməndə şiələr sünnilər ilə vuruşur?
May 10, 2015 17:54 Asia/Baku
rüşvətxor Əli Abdullah Salehə sünni deyirsiniz? Siz korrupsioner və ölkəsini bombardımana
ABŞ dostu olan Abd Rabbu Mansur Hadiyə sünni deyirsiniz ?