Dek 15, 2017 18:54 Asia/Baku
  • Tehranın müvəqqəti imam cüməsi: İslam ölkələri Qüdsün müdafiəsində bəyanatla kifayətlənməsinlər

Tehranın müvəqqəti imam cüməsi deyib: İslam ölkələri Qüdsün müdafiəsində bəyanat verməklə kifayətlənməməlidirlər. ABŞ prezidentinin qərarı ilə mübarizə aparmaq üçün bu ölkənin səfirliklərinin bağlanılması və məhsullarının boykot edilməsi münasib yollardan sayılır.

Tehranın müvəqqəti imam cüməsi höccətülislam Kazım Sədiqi deyib: Bütün islam ölkələri İsrail və ABŞ istehsalı olan məhsulları boykot etməlidirlr. Yalnız belə olarsa ABŞ öz qanunsuz əməllərindən və tərbiyəsizliyindən əl çəkər.

Tehranın müvəqqəti imam cüməsi əlavə edib: ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı olaraq tanıması bu qondarma rejimə legitimlik vermək məqsədi daşıyır.

Sədiqi əlavə edib: BMT öncə 2 qətnamədə işğalçı İsrail rejiminə legitimlik verməklə yanaşı, Qüdsün fələstinlilərə məxsus olduğunu və İsrail tərəfinədn işğal edildiyini bildirib.

Tehranın müvəqqəti imam cüməsi həmçinin, Fələstin xalqının 3-cü intifazəsinə işarə edib və deyib: Bu intifazə fələstinlilərin silahlı mübarizə apara bilmələri üçün,  onların silahlandırılması ilə nəticələnməlidir.

Höccətülislam Sədiqi həmçinin, Yəmənin durumuna və bu ölkənin sabiq prezidenti Əli Abdulla Salehin öldürülməsinə işarə edərək, deyib: Ümidvaram nə ərəb, nə də müsəlman olmayan Ali-Səud rejimi tezliklə öz cinayətlərinin cəzasını çəkmiş olsun.

Teqlər