Sen 02, 2018 20:10 Asia/Baku

Amerikada respublikası senator Con Mak Kinin dəfn mərasimində ABŞ prezidentinin söz hədəfinə alınması bu mərasimi təsir altına alıb.

Verilişin müddəti : 00:01:03

Tarix : 2018/09/02

-------------------------------------------------------------------------

AP-nin verdiyi məlumaa görə, Con Mak Kinin dəfn mərasimində ABŞ prezidenti Donald Trampın siyasətləri tənqid edilib və bu mediaların diqqətində saxlanılıb. 

Mərasimdə Amerikanın keçmiş prezidentləri Corc Buş və Barak Obama ABŞ-ın hazırkı siyasətlərini qınayıblar. 

Barak Obama deyib: Dövlətin siyasətinin və ümumi dialoqunun böyük bir hissəsi dəyərsiz görünə bilər , bu siyasət təhqirlə, boşboğazlıqla, qalmaqal yaratmaqla qarışıb.

Obama deyib: Bu siyasət sərtlik və qorxmazlıq iddiasındadır halbuki qorxudan güc alır. 

Mak Kinin vəsiyyətinə görə, bu mərasimə Tramp dəvət olunmayıb. 

Mak Kin həyatda ikən Trampın siyasətlərinin tənqidçiləri sırasında idi və müalicə sığortaları layihəsinə dəyişiklik layihəsinin rədd edilməsi kimi məsələlərdə hökumətin müxaliflərinin mövqelərinin gücləndirilməsində əsas rol oynadı. 

Beyin şişinə düçar olan Mak Kin ötən həftə 81 yaşında vəfat etdi. 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər