• Silahlı Qüvvələrin Ali Baş Komandanı: İran ordusunun dəniz qoşunları özünün sürətli hərəkətini davam etdirsin

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı 28 noyabr İranda dəniz qoşunları gününü bu qoşunların başıucalığı və iftixarı günü və onun fədakarlıqlarının anılması üçün simvolik bir gün olduğunu bildiriblər.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullahül-üzma Xamenei İran İslam Respublikası ordusunun dəniz qoşunlarının komandanları ilə görüşündə bildiriblər: 1359-cu il 7 azərdə (1980-ci il 28 noyabr) dəniz qoşunlarının İraqın bəs ordusuna qarşı şücaətli əməliyyatı müharibəyə davamlı təsir buraxdı və həmən təşəbbüskarlıq, şücaət və proqramlaşdırma, düşmənin dənizə nəzarətini sıfıra endirdi. 

Həzrət Ayətullahül-üzma Xamenei 7 azər əməliyyatının və bu əməliyyatda şəhid olanların xatirəsinin yaşadılmasının vacibliyini vurğulayaraq bildiriblər: Allahın yolunda şəhadət ziyan deyil, əslində qənimətdir və İmam Xomeninin(r.ə) təbirincə, şəhadəti olan xalqın əsirliyi olmaz. 

İslam inqilabının böyük rəhbəri dəniz qoşunlarının əhəmiyyətini vurğulayaraq bildiriblər: Dəniz qoşunları İranı müdafiənin ön cəbhəsindədir və Məkran, Oman dənizi və azad sular kimi önəmli regionlar onun qarşısındadır və azad sularda fəaliyyət keçmişdə olduğu kimi davam etdirilməlidir. 

İslam inqilabının böyük rəhbəri dəniz qoşunlarının texniki və döyüş qabiliyyəti baxımından gücünün daha da artırılmasının vacibliyini, bu sahənin çatışmazlıqlarının təmini üçün quruluşun digər bölmələrinin imkanlarından istifadənin zəririliyini vurğulayaraq deyiblər: Dəniz qoşunlarında yaxşı inkişaf və hərəkətlənmə başlanılıb və bu gün bo qoşunlar 20 il öncəkindən daha qabiliyyətlidir, amma tərəqqinin bu səviyyəsi qane edici deyil və bütün sahələrdə yüksək əzmkarlıq və əhval-ruhiyyə, böyük səy, təşəbbüskarlıq və əməli addımlarla bu sürətli hərəkət davam etdirilməlidir. 

Nov 29, 2017 00:21 Asia/Baku
Şərhlər