Avropada sionist rejim məhsullarına görünməmiş boykot
Qəzzə müharibəsi və sionist rejimin hərbi cinayətləri səbəbindən Avropada və dünyanın bir sıra ölkələrində bu rejimin mal və məhsullarına, xüsusilə kənd təsərrüfatı məhsullarına boykotlar artıb.
Sionist rejimin "Yediot Aharonot" qəzeti bir hesabatda bildirib ki, Britaniya və İtaliyadakı böyük supermarket şəbəkələri, o cümlədən İtaliyanın Co-op şirkəti İsrail məhsullarının satışını dayandırmaq qərarına gəliblər. Bu qərar Yaponiyadakı böyük pərakəndə satış şirkətlərinə də təsir göstərib.
Oxşar əlamətlər ənənəvi olaraq İsrailin ən yaxın Avropa müttəfiqlərindən biri olan Almaniyada da qeydə alınıb, burada Almaniyanın "Aldi" supermarketlər şəbəkəsi bir ay yarımdan çoxdur ki, İsrail məhsullarının alınmasını boykot edib. İsrailin Avropaya kartof ixracı sektorunda işləyən fermerlər və işçilər də Yediot Aharonot-a bildiriblər ki, sionist rejimin qablaşdırma şirkətlərinin sahibləri onlara “Made in Israel” etiketli məhsulların hətta Almaniyada nümayiş etdirilməsinin çətinləşdiyini, bu səbəbdən onların idxalının dayandırılacağını və ya üzərində “İsrail” adının çap olunmayacağını bildiriblər. Bu inkişaf Qərbdə boykota qarşı olan qrupları təşvişə salıb.