Feb 11, 2019 23:42 Asia/Baku
  • İran xalqının ilahi 22 bəhmən günündəki milyonluq yürüşü rəsmən başlanıb

İran xalqının ilahi 22 bəhmən günü yürüşünün vədəgahlarındakı böyük və milyonluq yürüşü rəsmi şəkildə bütün İslami İranda başlanıb.

İran İslam İnqilabı qələbəsinin ildönümü yürüşü bu gün səhər eyni zamanda İslami İranın mindən çox şəhəri və on min kəndində başlanıbdır.

Əllərində İran İslam Respublikasıının bayrağını tutan iranlılar "Amerikaya ölüm!" və "sionist rejimə ölüm!" şüarları verirlər.

İran xalqı bu yürüşdə geniş şəkildə iştirak edərək, bir daha İran İslam Respublikasıının banisi- Həzrət İmam Xomeyni(r.ə)-in və İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin amalları ilə öz əhd-peymanını təzələyir.

6500 iranlı və xarici müxbir, fotoqraf və kinooperator əzəmətli İran İslam İnqilabı qələbəsinin 40-cı ildönümü günü mərasimini işıqlandırır.

İlahi 22 bəhmən mərasimində iştirak edən müxbir və jurnalistlərin 300 nəfərdən çoxu xaricidir.

Mərasimdə Amerika, Fransa, İngiltərə, İrlandiya, Venesuela və sair ölkələrdən gəlmiş siyasi, dini, idman və universitet şəxsiyyət iştirak edirlər.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu yürüşdə çıxış edəcək və sonda yekun bəyanatı qiraət olunacaqdır.

Teqlər

Şərhlər