İslamabad Memorandumu:
ABŞ–İran anlaşması güc balansını necə dəyişir? - TƏHLİL
İran və ABŞ arasında imzalanan memorandum Yaxın Şərq və qlobal siyasətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
İslamabad memorandumunun ən mühüm nəticəsi Vaşinqtonun regionun siyasi reallıqlarını nəzərə almağa məcbur olması barədə təsəvvürü gücləndirməsidir.Avropa və ABŞ-dakı bir sıra ekspertlər sənədi gərginliyin azaldılması və diplomatiyanın bərpası istiqamətində mühüm addım hesab edirlər.Onların fikrincə, uzunmüddətli qarşıdurmanın davam etməsi həm enerji bazarları, həm də beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaradırdı. Xüsusilə Hörmüz boğazı ilə bağlı risklərin azalması qlobal iqtisadiyyat baxımından mühüm əhəmiyyət daşıyır.
Bununla yanaşı, İsraildə sənədə münasibət daha çox narahatlıq və tənqidlə müşayiət olunur.Təl-Əvivdə hesab edirlər ki, memorandum İranın regional mövqelərini zəiflətmək məqsədini reallaşdırmayıb.Məhz buna görə də sionist rejimin siyasi dairələrinin bir hissəsi prosesi diplomatik uğursuzluq kimi dəyərləndirir.Ərəb və beynəlxalq ekspertlərin bir qismi isə sənədi ABŞ-ın bölgədə dəyişən qüvvələr nisbətini qəbul etməsinin göstəricisi hesab edir.Onların qənaətincə, hərbi təzyiq siyasəti gözlənilən nəticəni vermədiyindən, dialoq yenidən əsas vasitəyə çevrilib.
Bu baxımdan memorandum daha çoc yeni geosiyasi balansın formalaşmasının əlaməti kimi görünür.Bununla belə, sənədin uzunmüddətli taleyi qarşıdakı danışıqların nəticələrindən asılı olacaq.