Jun 14, 2019 22:57 Asia/Baku

İslam İnqilabının Böyük Rəhbəri bu gün səhər Yaponiyanın baş naziri və onu müşayiət edən heyətlə görüşdə vurğulayıblar: İran İslam Respublikasının Amerikaya heç bir etimadı yoxdur və nüvə anlaşması çərçivəsində Amerika ilə öncəki müzakirələrin acı təcrübəsini heç bir vəchlə təkrar etməyəcək, zira heç bir azadə və ağıllı xalq təzyiq altında müzakirəni qəbul etməz.

Verilişin müddəti : 00:03:02

Tarix : 2019/06/14

-------------------------------------------------------------------------

 

Bu görüşün əvvəlində Yaponiyanın baş naziri Şinzo Abe İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneiyə xitabən deyib: Mən Amerika prezidentinin müraciətini sizə çatdırmaq istəyirəm.

İslam İnqilabının Böyük Rəhbəri Yaponiyanın baş nazirinə xitabən deyiblər: Biz sizin xoşməramlı və ciddi olmağınıza tərəddüd etmirik, amma Amerika prezidentindən dediyiniz barədə, mən Trampın özünü heç bir müraciət mübadiləsinə layiq bilmirəm və ona heç bir cavabım yoxdur, heç bir cavab da verməyəcəyəm.

Həzrət Ayətullahuluzma Xamenei Yaponiya baş nazirinin “Tramp ona deyibdir ki, Amerika İranda rejimi dəyişmək niyyətində deyil” sözlərinə işarə edərək, vurğulayıblar: Bizim Amerika ilə problemimiz, rejimin dəyişdirilməsi mövzusu deyil, zira onlar əgər belə bir niyyətə malik olmuş olsalar da onu icra etməyə qadir deyillər. Amerikanın öncəki prezidentləri ötən qırx ildə İran İslam Respublikasını məhv etmək üçün çalışdılar, amma bacarmadılar.

O həzrət Yaponiya baş nazirinin Amerikanın İran tərəfindən nüvə silahının düzəldilməsinin qarşısını almaqda əzmkar olmasına dair sözlərinə işarə edərək, əlavə ediblər: Biz nüvə silahı ilə müxalifik və mənim şəri fitvam nüvə silahının düzəldilməsinin haram olmasıdır, amma bunu bilin ki, əgər biz nüvə silahı düzəltmək niyyətində olmuş olsaydıq, Amerika heç bir iş görə bilməzdi və Amerikanın icazə verməməsi, heç bir mane törətmir.

İslam İnqilabının Böyük Rəhbəri nüvə anlaşması çərçivəsində amerikalılarla müzakirə prosesinə işarə edərək, deyiblər: Nüvə anlaşmasından sonra bu anlaşmanı dərhal pozan kəs Obama oldu. Məhz o şəxs İranla müzakirə etmək istəmiş və vasitəçi də göndərmişdi.

Həzrət Ayətullahuluzma Xamenei Yaponiya baş nazirinin “Tramp deyib ki, Amerika ilə müzakirə İranın inkişafına səbəb olacaq” cümləsinə işarə edərək, vurğulayıblar: Biz Allah-Taalanın köməkliyi ilə Amerika ilə müzakirə etmədən və sanksiyanın mövcud olması ilə də inkişaf edəcəyik.

İslam İnqilabının Böyük Rəhbəri Yaponiya baş nazirinin İran İslam Respublikası ilə əlaqələrin genişləndirilməsinə dair təklifini rəğbətlə qarşılayaraq, belə qeyd ediblər: Yaponiya Asiyada mühüm bir ölkədir və əgər İranla əlaqələrin genişləndirilməsinə maraqlıdırsa, öz əzmkarlığını göstərməlidir. Bəzi mühüm ölkələr bu əzmkarlığı göstərən kimi.

Şinzo Abe də bu görüşdə Tehrandakı müzakirələrinə işarə edərək, ümidvarlıq edibdir ki, bu danışıqlar həmkarlıqların daha da genişlənməsinə zəmin yaradacaq.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər

Şərhlər