Jun 24, 2019 13:22 Asia/Baku

İranın Xəritəçəkmə Təşkilatının sədri deyib: İran tərəfindən vurulmuş Amerikanın casusluq pilotsuzu İran İslam Respublikasının hava məkanının dörd milliyinə təcavüz etmişdi.

Verilişin müddəti :  00:01:03

Tarix :       24-06-2019

 

----------------------------------------------------------------------------------------------------

 

İranın Xəritəçəkmə Təşkilatının sədri Məsud Şəfii Çafi dünən axşamçağı İranın 2-ci telekanalı ilə müsahibədə əlavə edib: Əmirliklərdən havaya qalxmış Amerikanın casusluq pilotsuzu İranın hava məkanına təcavüz etdi.

Şəfii Çafi söyləyib: Əgər bu amerikan casusluq pilotsuzu beynəlxalq sularda vurulsaydı, amerikalılar onun qalıqlarını yığardılar ki, İran İslam Respublikasının ixtiyarında bir sənəd olmuş olmasın.

Cümə axşamı günü, iyunun 20-də səhər tezdən Amerikanın "Qlobal Hauk" tipli casusluq pilotsuzu İranın Hormozqan vilayətində yerləşən Mübarək dağı ilə üzbəüz məntəqədə İran İslam Respublikasının ölkə ərazisinə təcavüz etdikdən sonra İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın hava-kosmos qüvvələrinin zenit raket sistemi tərəfindən vurularaq, yerə salınıbdır.

Bu pilotsuzun vurulmasından sonra Amerika rəsmiləri iddia ediblər ki, həmin pilotsuz İranın hava məkanına daxil olmayıb və beynəlxalq sular üzərində hədəfə alınıbdır.

 

----------------------------------------------------------------------------------------------------

 

Xəbərlər proqramı İran, Azərbaycan Respublikası və dünyanın önəmli olaylarını əks etdirir.

Teqlər

Şərhlər