Jul 09, 2019 13:45 Asia/Baku
  • General Səlami: İrana qarşı sanksiyalar İİR-in irəliləyişlərinə görədir

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib: Qərbin İrana qarşı iqtisadi sanksiyaları hərbi qüdrətə görə deyil, İran xalqının elm sahəsində tərəqqisinin qarşısını almaq üçündür.

General-mayor pasdar Hoseyn Səlami dünən axşam Məşhəd şəhərində deyib: Qərbin İrana qarşı sanksiyaları nüvə silahı əldə etməyə görə deyil, zira qərblilər bilirlər ki, biz nüvə silahı istehsal etmək niyyətində deyilik. Onların məqsədi, elmin inkişafının qarşısını almaqdır, zira bunu sınaqdan keçiriblər ki, elm bir xalqın qüdrət mehvəridir.

General Səlami söyləyib: Düşmən bilir ki, İnqilab Rəhbərinin fitvasına əsasən, quruluşun proqramında nüvə silahına yer yoxdur. İslam heç vaxt kütləvi qırğın törədən silah istehsalına tərəf getməz. Zira islami mənbələrə əsasən, bir insanın yaşaması bütün insanların yaşaması, bir nəfərin öldürülməsi də bütün insanların öldürülməsi deməkdir.

İslam İnqilabı Keşikçiləri Korpusu-nun baş komandanı deyib: İslam İnqilabının Böyük Rəhbəri bizə öyrədiblər ki, irəliləyiş üçün biliyimizi artırmalıyıq və son illərdə alimlərimizin terror edilmələri də ondan xəbər verir ki, düşmən bizim elmi irəliləyişlərimiz qarşısında dayanıbdır.

General Səlami deyib: İslam İnqilabından sonra sanksiya təzyiqinə məruz qalarkən istehsala başladıq və bu gün bir nöqtəyə çatmışıq ki, düşmən bizim qarşımızdakı hədəflərini azaltmalı olduğunu bilir.

İslam İnqilabı Keşikçiləri Korpusu-nun baş komandanı əlavə edib: Bu gün etibar və qüdrətimizi sübut edə bildik. Son hadisələr göstərdi ki, elmi qüdrətə çatmışıq və ondan bəhrələnirik.

Teqlər

Şərhlər