Sen 06, 2025 16:04 Asia/Baku
  • İRİB Sərhədaşırı Müavinliyi Əl-Aləm operatorunun şəhadəti fonunda bəyanat yayıb

İranın Tele-Radio Təşkilatının Sərhədaşırı Müavinliyi Əl-Aləm telekanalının Qəzzədəki operatoru "Rəsmi Cihad Salim"in şəhid edilməsi fonunda bəyanat yayıb.

Bəyanatda deyilir: Əl-Aləmin sadiq operatorunun şəhadəti qadın və uşaqları qırğın etməkdən çəkinməyən, həqiqətin səsini, cinayətlərininin qeydə alınmasını güllə ilə susduran bir rejimin əsl simasını bir daha üzə çıxardı.

Qəzzə müharibəsində indiyədək, ən azı 247 fələstinli jurnalist və media fəalı şəhid olub və şəhid Rəsmi Cihad Salim də onların şərəfli karvanına qoşulub.

Bu acınacaqlı statistika göstərir ki, sionist rejim həqiqəti gizlətmək üçün sistematik olaraq, jurnalistləri və media fəallarını hədəfə alır. Ancaq tarix şahid olacaq ki, jurnalistlərin qanı istənilən media orqanından daha yüksək səslə danışacaq.