Yan 10, 2020 17:47 Asia/Baku
  • Zərif: Ölkələr Amerikanın təkvektorluluğu qarşısında dayansınlar
    Zərif: Ölkələr Amerikanın təkvektorluluğu qarşısında dayansınlar

İranın xarici işlər naziri deyib ki, əgər ölkələr Amerikanın təkvektorluluğu qarşısında dayanmasalar, bu, onlara baha başa gələcək.

Amerikanın İran xarici işlər nazirinin Nyu-Yorkda iştirakı üçün viza açmaqdan çəkinməsinin ardınca Məhəmməd Cavad Zərifin BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışının mətni İranın bu təşkilatdakı nümayəndəsi tərəfindən qiraət edilib.

Zərif Amerikanın dağıdıcı təkvektorluluğuna və onun beynəlxalq qayda-qanunlara olan ziyanlı təsirlərinə işarə edərək, İŞİD kimi terror qrupları üçün bir kabusa çevrilmiş qəhrəmanların qorxaqcasına terror edilmələrini Amerikanın bu kimi hərəkətlərinin bir nümunəsi adlandırıb.

İranın xarici işlər naziri vurğulayıb: Amerikanın yeni rejiminin hakimiyyətə gəldiyi gündən bəri və BMT Nizamnaməsi ilə daban-dabana zidd olan bir hərəkətdə İran xalqına və digər ölkələrin xalqlarına daha artıq təhdid və hücumlar yönəlib və hazırda Amerika hətta İŞİD-in hərbi cinayətindən təqlid edərək, İranın minillik sivilizasiyasının mədəni irslərini təhdid edir.

Zərif Amerikanın nüvə anlaşması kimi mühüm beynəlxalq anlaşmadan çıxmasına və Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini icra edən ölkələrin cəzalandırılmaları üzrə səyinə işarə edərək, onları Təhlükəsizlik Şurasına qarşı tamamilə aşkar bir təhqir və misli görünməmiş addımlar kimi qeyd edibdir.

İranın xarici işlər naziri deyib: Çoxvektorluluğu gücləndirmək üçün təkverktorlçular təşviq olunmamalıdırlar.

Zərif çoxvektorluluğun gücləndirilməsinin dövlətlərdən ciddi siyasi iradə, həmçinin BMT Nizamnaməsində dərc olunmuş çoxvektorluluğu, prinsip və dəyərləri himayə istiqamətində bir sənəd tələb etdiyini bildirib. O, deyib: Belə bir sənəd BMT Nizamnaməsinə yenidən sədaqətə, ölkələrin daxili və xarici işlərinə qarışmamaya, təhdidin və ya gücdən istifadənin qadağan edilməsinə şamil olmalıdır.

 

Teqlər

Şərhlər