Yan 11, 2020 21:36 Asia/Baku

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna hava yollarına aid olan sərnişin təyyarəsinin Tehran ətrafında qəzaya uğraması barədə məlumat yayıb.

Verilişin müddəti : 00:02:45

Tarix : 2020/01/11

 

-------------------------------------------------------------------------

 

Ukrayna hava yollarına aid olan sərnişin təyyarəsi yanvarın 8-də Tehrandakı İmam Xomeyni(r.ə.) adına hava limanının yaxınlığında süqut etdi.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı bir məlumatda bildirib: Amerikanın prezidenti və hərbi komandanlarının İran ərazisində çox sayda nöqtəni hədəfə alacaqlarına dair təhdidlərinin ardınca və regionda hava fəaliyyətlərinin misli görünməmiş tərzdə artmasına görə, İran İslam Respublikasının Silahlı Qüvvələri ehtimal olunan təhdidlərə cavab məqsədilə ən yüksək hazırlıq səviyyəsinə gətirildilər.

Bəyanatda sonra deyilir: İranın amerikalı terrorçuların İraqdakı bazalarını hədəfə almaq istiqamətindəki raket əməliyyatından sonra onların İran ətrafındakı hərbi uçuşları artdı və bəzi radar səfhələrində çox sayda hədəf müşahidə olundu ki, bu da İranın hava hücumundan müdafiə komplekslərində daha artıq həssaslığa səbəb oldu.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib: Belə bir həssas və böhranlı şəraitdə Ukraynanın 752 saylı uçuşu İmam Xomeyni(r.ə.) adına hava limanından havaya qalxır və dövr vuran zaman İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın həssas bir hərbi mərkəzinə tamamilə yaxınlaşmaq vəziyyətində və düşmən bir hədəfin uçuş forması və yüksəkliyində yerləşir ki, belə bir şəraitdə qərəzsiz insan xətasının baş verməsi nəticəsində qeyd olunan təyyarə hədəfə alınıb.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı bu məlumatda baş vermiş insan səhvinə görə üzrxahlıq edib, əzizlərini itirmiş ailələrin kədərilə bölüşərək, əminlik veribdir ki, İran İslam Respublikasının Silahlı Qüvvələri səviyyəsində əməliyyat proseslərində əsaslı islahatların aparılmasını izləməklə bu kimi xətaların təkrarlanması imkanını mümkünsüz edəcək və dərhal onun müqəssirini İran İslam Respublikası Silahlı Qüvvələrinin Məhkəmə Təşkilatına təqdim edəcəkdir ki, baş vermiş xətalarla qanunla rəftar edilmiş olsun.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər

Şərhlər