Yan 11, 2020 22:49 Asia/Baku

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi CNN telekanalı ilə canlı söhbətdə deyib ki, əgər Amerika bir daha İrana qarşı hərəkət edərsə, İran mütləq möhkəm cavab verəcəkdir.

Verilişin müddəti : 00:00:50

Tarix : 2020/01/11

 

-------------------------------------------------------------------------

 

Məcid Təxte Rəvançi söyləyib: Biz son zamanlar atdığımız addımlarla amerikalı qüvvələrə qarşı öz hərbi hərəkətimizin bu mərhələsini başa vurduq. Bu məsələ Amerikadan asılıdır.  Bu macəra İranın Silahlı Qüvvələrinin bir generalının İraq ərazisində terror edilməsindən başlandı. Bu hərəkət beynəlxalq qanunlara ziddir. Bu addım İraqın suverenliyinə qarşıdır. Demək, bu mərhələ və İranın ona mütənasib cavabı bitibdir. Əgər Amerika yenidən başlamaq istəyərsə, mütləq biz cavab verəcəyik- İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi belə deyib.

 

-------------------------------------------------------------------------

 

Bu proqram İran, Azərbaycan Respublikası və dünyanın gündəminin əsas məsələlərini dialoq və təhlil mehvəri ilə araşdırır.

Teqlər

Şərhlər