Yan 13, 2020 09:48 Asia/Baku
  • Regiondakı qeyri-münasib vəziyyət Amerikanın və onun yoldaşlarının fəsad yaratmalarının nəticəsidir
    Regiondakı qeyri-münasib vəziyyət Amerikanın və onun yoldaşlarının fəsad yaratmalarının nəticəsidir

İslam İnqilabının Böyük Rəhbəri dünən gecə Tehranda Qətərin əmiri Şeyx Təmim bin Həməd Ali-Sani və onu müşayiət edən heyət ilə görüşdə vurğulayıblar ki, regiondakı hazırkı şərait keçmişdəkindən daha çox bölgə ölkələrinin əlaqələrinin güclənməsinə və əcnəbilərin təlqinlərindən təsir almamağa möhtacdır.

Həzrət Ayətullahuluzma Xamenei regionun hazırkı şəraitini qeyri-münasib adlandırıb və bildiriblər ki, bu vəziyyətin səbəbi, Amerikanın və onun yoldaşlarının fəsad yaratmalarıdır və onunla yeganə mübarizə yolu da, regiondaxili əməkdaşlıqlara söykənməkdir.

O həzrət İran ilə Qətərin yaxşı siyasi münasibətlərinə toxunublar. Qeyd ediblər ki, iki ölkənin iqtisadi əlaqələri siyasi əlaqələr səviyyəsində deyil və İran-Qətər həmkarlıqları daha da genişlənməlidir.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Əlbəttə, bəziləri, xüsusən dünyanın o başından bu bölgəyə gələnlər region ölkələrinin əməkdaşlıqlarının genişlənməsini istəmirlər, lakin bu məsələnin onlara dəxli yoxdur və bölgə ölkələri və xalqları daha bu kimi təhkimlər və müdaxilələri qəbul etmirlər.

İran prezidenti Həsən Ruhaninin də iştirak etdiyi bu görüşdə Qətərin əmiri Şeyx Təmim bin Həməd Ali-Sani İslam İnqilabının Böyük Rəhbəri ilə görüşdən böyük qürur duyduğunu bildirib. O, bölgənin şəraitini çətin adlandırıb və belə deyib: Biz zat-alilərinin regional əməkdaşlıqların artırılması vacibliyinə dair söhbətləri ilə tamamilə razıyıq. İnanırıq ki, region ölkələri arasında əhatəli danışıqlar aparılmalıdır.

Teqlər

Şərhlər