Fev 13, 2020 15:51 Asia/Baku
  • BŞİH mitinqə \'yox\' deyir
    BŞİH mitinqə \'yox\' deyir

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ReAL, Müsavat partiyaları, D18 Hərəkatı və bəzi deputatlığa namizədlərin mitinq müraciətinə mənfi cavab verib.

BŞİH imtinaya əsas səbəb kimi müraciətdə mitinq üçün göstərilən yerdə aksiyanın keçirilməsinin insanların sərbəst hərəkət etməsinə problemlər yaradacağını göstərib.

Alternativ yer olaraq mitinqin Lökbatan qəsəbəsi təklif edilib.

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə ilkin lider namizədlərin adlarını açıqlayıb. Həmin nəticəyə görə, yerlərin yarıdan çoxunu yenidən hakim Yeni Azərbaycan Partiyası qazanıb.

Müxalifət nəticələr ilə razılaşmayıb və bununa bağlı etirazlar da keçirilib.

 

 

Teqlər

Şərhlər