Mart 25, 2020 08:45 Asia/Baku
  • İtaliyada COVID-19 böhranı geniş miqyas alır
    İtaliyada COVID-19 böhranı geniş miqyas alır

İtaliya hökuməti dünən gecə bildirib ki, bu ölkədə koronavirusdan irəli gələn ölümün miqdarı 6820 nəfərə çatıb.

İtaliya hökuməti həmçinin ötən bir sukta ərzində bu ölkədə 5249 yeni koronavirus halının qeydə alınmasından xəbər verib. Qeyd edib ki, indiyədək İtaliyada 69176 nəfər bu virusa yoluxub.

Röyters dünən bir italyan şəfqət işçisinə istinadla bu ölkə xəstəxanalarının vəziyyətini son dərəcə ağır elan edib.

İtaliya koronavirusa yoluxanların sayı baxımından Çindən sonra ikincidir. Bununla belə, İtaliyada koronavirus qurbanlarının sayı Çindəkindən çoxdur.

Çində indiyədək 3277 nəfər koronavirusa yoluxma nəticəsində həyatını itirib.

İtaliyanın baş naziri Cüzeppe Konte martın onunda bu ölkədə koronavirusa yoluxanların sayının artmasının ardınca 60 milyon nəfərlik İtaliyanı tam şəkildə karantinə salmaq qərarına gəldi.

Teqlər

Şərhlər