Mart 25, 2020 22:00 Asia/Baku
  • İçərişəhər ərazisində dezinfeksiya tədbirləri davam etdirilir
    İçərişəhər ərazisində dezinfeksiya tədbirləri davam etdirilir

İçərişəhər ərazisində dezinfeksiya tədbirləri davam etdirilir

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "İçərişəhər" DTMQ ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan ərazi və qurumlarda, muzeylərdə, bütövlükdə acıq ərazidə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.  

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində APA-ya verilən məlumata görə, martın 25-də Bakı Şəhər İcra hakimiyyətinin paytaxtda son günlər ərzində aparılan genişmiqyaslı dezinfeksiya tədbirləri çərçivəsində və xüsusi dəstəyi ilə İdarənin müvafiq qurumları ilə birgə İçərişəhərdə analoji tədbirlərə başlanılıb. Qoruğun bütün küçə, məhəllə və daxili yolları dezinfeksiya maşınları, habelə kommunal texnika vasitəsilə xüsusi məhlulla yuyulur.

Mart və aprel aylarında bu kimi dezinfeksiya işləri daimi həyata keçiriləcəkdir.

İÇƏRİŞƏHƏRDƏ DEZİNFEKSİYA TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

Teqlər

Şərhlər